Anemiya xəstəliyi

Uşaqlarda iştahsızlıq ən çox rast gəlinən problemlərdən biridir. Belə uşaqlarda paralel olaraq tez yorulma, halsızlıq, zehni və fiziki inkişafdan geri qalma müşahidə olunur. Bu uşaqlar dərslərindən geri qalır və ev tapşrıqlarn həll etməkdə çətinlik çəkirlər. Bəzən həkimlər belə hallarda sintetik iştahaçıcı preparatlar təyin edir, vitaminoterapiya məsləhət görürlər. Amma daha çox diqqət yetiriləsi məqam qanda hemoqlobinin miqdarıdır. Uşağın qanında hemoqlobinin miqdarının 100 q/litrdən aşağı olması anemiya hesab olunur və müalicə tələb edir.
Anemiyalı uşaqların yuxarıda sadalanan əlamətlərdən başqa digər simptomları da olur. Əgər uşaqda dərinin və görünən selikli qişaların avazıması, yuxululuq, dil məməciklərinin açıq çəhrayı rəngdə olması, dil səthinin hamarlaşması kimi əlamətlər müşahidə edirsinizsə, deməli, anemiyadan şübhələnmək üçün kifayət qədər ciddi əsaslarınız var.
Anemiya orqanizmdə yalnız dəmir elementinin deyil, həmçinin fol turşusu, B12 vitamini, mis elementi və zülal çatışmazlığı nəticəsində də əmələ gələ bilər.
Anemiyanın səbəblərindən biri də az-az miqdarda olan daxili qanaxmalardır. Müəyyən müddət ərzində nə uşağın valideynləri, nə də həkimlər bundan şübhələnmirlər. Belə daxili qanaxmalar müxtəlif yırtıqlar, bağırsaq polipləri, mədə və 12-barmaq bağırsaq xoraları və s. xəstəliklər nəticəsində baş verə bilər. Bu halda anemiyanın müalicəsi onu törədən xəstəliyin müalicəsi ilə eyni zamanda aparılmalıdır.
Bəzi hallarda orqanizm qida ilə kifayət qədər dəmir, fol turşusu və digər anemiyaya qarşı olan maddələri almasına baxmayaraq onların bağırsaq tərəfindən sorulması prosesi pozulur.

Bəzən qurdlarla yoluxma da (məsələn, tükbaş qurd) anemiyaya səbəb ola bilər. Bu qurdlar qan ilə qidalanaraq daimi olaraq az da olsa qan itkisinə səbəb olurlar.

Anemiyalar bir çox kəskin infeksion xəstəliklər, xroniki xəstəliklər, zərərli ekoloji faktorların təsirləri nəticəsində də inkişaf edə bilər. Uşaqlar tərəfindən gün ərzində 0,5 litrdən artıq çiy inək südünün içilməsi də anemiyaya səbəb ola bilər. Buna görə də uşaqlara ancaq bişmiş süd vermək məsləhət görülür.
Ancaq hemoqlobinin az miqdarda azalması uşağın xarici görünüşündə heç bir dəyişikliyə səbəb olmaya da bilər. Ona görə də uşaq poliklinikalarında profilaktik məqsədlə aparılan qanın müayinəsindən imtina etmək lazım deyil.
Cinsi yetkinlik dövründə (xüsusən qız uşaqlarında) uşaqlarda dəmir elementinə olan tələbat artır. Bu dövrdə qəbul edilən qidaların tərkibində dəmir elementi çatışmazlığı baş vermiş olarsa, yenə də dəmirdefisitli anemiya inkişaf edə bilər.

Cinkofer preparatı öz yenilənmiş tərkibi ilə uşaqlarda anemiyanın ən müxtəlif səbəblərini aradan qaldırır, effektiv və təhlükəsiz müalicəni həyata keçirməyə imkan verir. Belə ki, Cinkoferin tərkibindəki dəmir fumarat digər dəmir birləşmələrindən fərqli olaraq mədə turşuluğunun təsirindən parçalanmır, beləliklə, ağızda pas dadı, qarın nahiyyəsində diskomfort yaranmır. Üstəlik, daha yaxşı sorulduğu üçün hemoqlobinin səviyyəsini daha tez artırmağa qadirdir. Cinkoferin tərkibinə daxil olan C vitamini dəmirin sorulmasını və iştahanı da yaxşılaşdırır ki, bu faktor anemiyanın müalicə prosesində xüsusi əhəmiyyət kəsb edir. Fol turşusuB12 vitamini orqanizmdə bu maddələrin defisitini aradan qaldırıraq qanyaranmanı sürətləndirir. Xüsusi diqqətəlayiq komponent kimi sinki qeyd etmək vacibdir. Sink dəmir preparatlarının yan təsiri kimi ortaya çıxa biləcək ishalın qarşısını alır, qanyaranma prosesini həyata keçirən vacib elementlərin aktivliyini gücləndirir. Sink C vitamini ilə birlikdə antioksidant kimi çıxış edərək sərbəst radikalları neytrallaşdırır.
Anemiya aşkar olunduğu halda əminliklə Cinkoferə etibar edə bilərsiniz.
SİMMED-PHARMA sizə və övladlarınıza sağlamlıq arzu edir.

One Thought on “Anemiya xəstəliyi haqqnda”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir