Kisilerde cinsi zeiflik

Prostat vəzi nədir?

Prostat vəzi kişi cinsiyyət üzvlərindən  biridir,   qarın boşluğunda sidik kisəsınin altında yerləşir və içindən sidik kanalının bir hissəsi keçir. Əsas vəzifəsi prostat şirəsi hasil etməkdir ki, bununla o kişilərin cinsi fəaliyyəti  və  nəsilartırmasında müstəsna rol oynayır. Bu orqanın xəstəlikləri  kişilərdə sidik ifrazının ağır pozulmaları – sidik saxlaya bilməmək, kəskin sidik ləngiməsi, kəskin böyrək çatışmazlığı, habelə cinsi zəiflik (impotensiya, cinsi əlaqə problemləri), kişi sonsuzluğu şəklində özünü göstərir.
Prostat  vəzinin xoşxassəli böyüməsi – adenoması  yaşla bağlı olan bir prosesdir və 40-dan yuxarı yaşı artan hər bir kişinin nə vaxtsa məruz qalacağı bir durumdur. Bu zaman  artan hüceyrələr hesabına düyüncüklər əmələ gəlir ki, bunlar illər ərzində böyüyür və sidik kanalının vəzinin içindən keçən hisəsini sıxaraq sidik ifrazını çətinləş­dirir.

Prostat vəzi adenomasının əlamətləri – sidik ifrazı pozulmaları, cinsi zəiflik və ağrı kimi xarakterizə olunur.

Sidik ifrazı pozulmalarına misal kimi göstərmək olar;

  • sidik ifrazının tezləşməsi (bu hal gecələr xəstə üçün daha əziyyətli olur)
  • sidik ifrazının çətinləşməsi, bəzən gücənmə ilə olması
  • sidik axınının zəifləməsi – müddətin uzanması
  • sidiyin haçalanması, səpilməsi- sidiyin fasilələrlə gəlməsi
  • sidiyə getdikdən sonra axma və ya damcılama
  • sidiyə tez-tez təcili çağırışlar və saxlamağın  çətinliyi
  • sidiyə getdikdən sonra sidik kisəsində yenə sidik qalması hissi
  • sidik kisəsini tam boşaltmağın mümkün olmaması
  • bəzən sidiyi saxlamaq mümkün olmaması
  • gecə sidiyinin artması, gecələr tez-tez sidiyə getmək məcburiyyəti
  • sidikdə bəzən qan, yanğı, göynəmə hissi olması
  • sidik ifrazının mümkün olmaması (kəskin hal) və s.
  • sidik kanalında ağrı, çirk, şirə gəlməsi, ğöynəmə hissi

Prostat  vəzinin adenoması  zamanı  cinsi zəiflik

bu və ya digər formada mütləqdir.  Bu, xəstəliyin ilkin əlaməti kimi rastgəlmə tezliyinə görə sidik ifrazı pozulmalarından sonrakı yeri tutur. Cinsi əlaqənin hər hansı şəkildə pozulması kişinin psixoloji vəziyyətinə sidik ifrazı pozulmalarına nisbətən daha pis təsir edir.
Prostat  vəzinin adenoması bəzən uzun illər heç bir əlamət olmadan da inkişaf edə bilər.  Belə hallarda xəstə birdən-birə kəskin sidik ləngiməsi, kəskin cinsi zəifliklə üzləşə bilər!
Ağrı sindromu isə prostat  vəzinin adenoması  zamanı həmişə olmur. Lakin bir çox hallarda xəstəliyin müəyyən mərhələsində  adenoma diaqnozundan şübhələnməyə əsas olur. Qasıq və ya qasıqüstü nahiyədə, cinsi üzvlərdə, sidik kanalında ağrı, prostat  vəzinin xoşxassəli böyüməsi zamanı mühüm əlamətlərdəndir.
Prostat vəzinin adenomasının – xoşxassəli böyüməsinin müalicəsi. 

Bu gün Tibb Elminin ən aktual problemlərindən biri prostat vəzinin xoşxassəli böyüməsinin elə müalicə metodlarını hazırlamaqdır ki, kişi orqanizminin funksiyalarını mümkün qədər saxlamaq, həyat keyfiyyətini yaxşılaşdırmaq mümkün olsun. Bu mənada:

  1. prostat vəzinin xoşxassəli böyüməsinin dayandırılması,
  2. cinsi fəaliyyət funksiyalarının saxlanması,
  3. normal sidik ifrazının bərpası
  4. prostat vəzinin xoşxassəli böyüməsinin ağırlaşmalarının qarşısının alınması,
  5. müalicənin minimal riskli olması xüsusilə mühümdür.

Prostatat vəzinin adenoması zamanı əsas istiqamət vəz hüceyrələrin çoxalmasına səbəb olan testesteronun yaranmasını əngəlləməkdir. Hal -hazırda müalicədə istifadə olunan preparatlar eyni təsir istiqamətinə malik bitki tərkibli  və kimyəvi tərkibli olaraq 2 yerə ayrılır. Müalicənin üzün müddət aparılmasını nəzərə alsaq, əksər kimyəvi preparatlar qaraciyərə və digər orqan sistemlərinə toksik təsirləri baxımından potensial təhlükəli hesab olunur. Bu baxımdan həkimlərin də, xəstələrin də tərcihi effektivliyi klinik sübut olunmuş bitki komponentlərindən hazırlanmış preparatlardır.
Nəzərə alınmalıdır ki, prostrat adenomasının yaratdığı cinsi zəiflik, testesteron sintezininin əngəllənməsi ilə daha da pisləşə bilər. Buna görə də üstünlük elə bir preparata verilməlidir ki, libidonun yüksəlməsi ilə bu arzuolunmaz yan təsir kompensasiya olunsun.
Yeni klinik araşdırmaları özündə əks etdirən PROSAFE preparatı  prostat vəzin hiperplaziyasının qarşısını alır, iltihabəleyhinə təsir göstərir,damar keçiriciliyini və prostat vəzi toxumasındakı ödemi azaldır. Müntəzəm istifadəsi zamanı hormonal sistemin fəaliyyəti stimullaşır, potensiya və libidonu artırır. Sidik-cinsiyyət yollarının xroniki infeksiyalarında urodinamikanı yaxşılaşdırır, sidik kisəsinin iltihabı, xroniki prostatit, uretritdə müşahidə olunan sidik ifrazı zamanı göynəmə kimi dizurik əlamətləri aradan qaldırır. PROSAFE cinsi aktivliyi və spermatozoidlərin hərəkətliliyini artırır, parallel olaraq, şişəleyhinə təsirə malik olduğu üçün prostat vəzin xoş və bədxassəli şişlərinin yaranmasının qarşısını alır.
Anemiya xəstliyi haqqında yazımızı buradan oxuya bilərsiniz.
Türkiyə istehsalı olan PROSAFE profilaktik və ya terapevtik məqsədlə əminliklə istifadə edə biləcəyiniz preparatdır.
PROSAFE preparatının Azərbaycandakı rəsmi nümayəndəsi Simmedpharma şirkəti hər kəsə sağlamlıq arzu edir!

One Thought on “Cinsi zəifliyin müalicəsi”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir