sac tokulmesine qarsi derman

Saç tökülməsinə qarşı serum

Saç töküməsi istər kişilərdə, istərsə də qadınlarda ciddi narahatlıq yaradan problemdir. Bu baxımdan bu problem haqqında ətraflı məlumat hər kəsin marağına səbəb ola bilər deyə düşünürük.
Saç tökülməsi daha çox kişilərdə rast gəlinir. Təsadüfi deyil ki, üç kişidən birində kəskin saç tökülməsi ortaya çıxır. Kişilərdə saç tökülməsinin səbəbi irsidir. Saç tökülməsi irsi olaraq kişilər arasında daha çox görünür. Kişilərdə başın ön tərəfində, orta hissədə saç dibində fermentlər vardır. Kişi cinsi hormonlarının təsiri altında müəyyən yaşdan sonra həmin fermentlərin aktivləşməsinə və saçların tökülməsinə səbəb olur. Bu proses genetikdir, hesab olunur ki, saç tökülməsini həyata keçirən fermentlərin hansı nahiyyədə və nə dərəcə də çox toplanması sırf irsi informaya daşıyan genlərdən asılıdır. Ata-ananın genində varsa, övladlarda da ortaya çıxa bilər.
Qadınlarda isə irsi tökülmələr daha az olur, daha çox diffuz tökülmə baş verir. Qadınlarda saç tökülməsi varsa, bunun fizioloji, yoxsa patoloji olduğunu dəyərləndirmək lazımdır. Bəzən belə də olur – saç çox tökülür, çox seyrəlir amma bu normalıdır, yəni fiziolojidir. Buna da ən çox hamiləlik dönəmindən sonra rast gəlinir. Uşaq dünyaya gələndən iki ay sonra saçlar tökülür. Bu isə uşağın on ayına qədər davam edir. Doğuşdan sonrakı on ay ərzində tökülmə davam edir. Bəzən tökülmə doğuşdan sonra qan azlığı ilə də bağlı ola bilər.
Əslində normal halda saç tökülməlidir. Gündə yüz, yüz əlli ədəd saç tökülürsə, bu normalıdır. Saç tökülür və yerinə yenisi bərpa olunur. Əgər bərpa olunursa, saçda seyrəlmə olmursa, deməli, bu, fizioloji tökülmədir və normal hal kimi qiymətləndirilməlidir. Amma tökülmə fazasından sonra böyümə fazası gəlmirsə, saç ümumi seyrəlirsə bunun bir çox səbəbləri ola bilər. Dəmir azlığı, qalxanvari vəzin problemləri, müxtəlif dərmanların qəbulu saçların tökülməsinə səbəb olur: Ürək, təzyiq dərmanları, adi bir iştah açıcı dərman da saçda tökülmə yarada bilər. Tüklər həmin dərmanların yan təsiri olaraq tökülə bilər. Saçların tökülməsinin səbəbi bədəndə olan anemiya, dəmir azlığı da ola bilər. Saçlar yaxşı qidalanmır deyə tökülə də bilər. Qalxanvari vəzdə olan problemlər zamanı saçlar seyrəlir, incəlir, matlaşır, parlaq olmur.

sac tokulmesine qarsi derman,sac tokulmesinin mualicesi,kisilerde sac tokulmesinin qarsisini nece almaq olar

Belə çıxır ki, saç tökülməsinin qarşısını almaq üçün saç tökülməsini aktivləşdirən ferment blokada olunmalı, saçların lazımi qidalı maddələrlə təminatı yaxşılaşdırılmalı, saçalar düzgün və savadlı qulluq göstərilməlidir.
Bunun üçün Simmed-farma şirkəti dunyada tanınmış SG-1 Saç Serumunu Azərbaycan alıcısına təqdim edir. Tam təbii tərkibə malik SG-1 Saç Serumu effekivliyi klinik olaraq sübüt olunmuş nadir bitkilərdən hazırlanmışdır. Saç tökülməsinin ən müxtəlif səbəblərini kompleks şəkildə aradan qaldıran SG-1 saç tökülməsini dayandırır, yeni tüklərin bərpasını həyata keçirir. Tük köklərinin qidalanmasını və saçların güclənməsini həyata keçirən SG-1 sizi qısa zamanda arzuladığınız güclü və sağlam saçlara qovuşdura biləcək. Qadınlar üçün ağ, kişilər üçün qara rəngdə qablaşdırılan SG-1 Saç Serumu qadın və kişi orqanizmlərinin özəlliklərini özündə ehtiva edir.

Cinsi zəifliyin müalicəsi yazımızı buradan oxuya bilərsiniz.

SG-1 Saç Serumlarını əldə etmək üçün (+994 12)408 96 43  nömrələri ilə əlaqə saxlayın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir