stress nədir,antistress,antistress dərmanlar

STRESS nədir?

Stress– Fərdin özünü narahat və ya təzyiq altında hiss etdiyində verdiyi fiziki, zehni və davranış reaksiyalar bütünüdür. Ev və iş həyatındakı mənfiliklər, dözülməz həyat hadisələri, mənfi həyat şərtlərinə məruz qalma, ayrılıq, işsizlik, xəstəlik, boşanma, ayrılıq, hamiləlik, evlilik, daşınma, səyahət kimi mənfi həyat hadisələri stressə səbəb ola bilməkdədir.

Stress yaradan amillər:

Narahat həyat şərtləri, daşınma, məcburiyət ilə edilən şeylər, ədalətsizliyə məruz qalma, müxtəlif qayğı və qorxular, ayrılıq boşanma, iş sıxlığı, şikəstlik, qəzalar, qarşıdurmalar və qərarsızlıqları (Fərdin birdən çox mövzu arasında seçim etmə vəziyyətində yaşadığı qərarsızlıq) və qeyri-müəyyənlik halları, rol qarşıdurmaları yaşaması məsələn; peşəsi ilə analığı arasında balans yaratmağa çalışan bir ana olmaq, zidd düşən fikirlər içərisində olmaq, qərar vermə mərhələsi,  təzyiqlər, gözləntilər, insanın özünü təsdiqləməsi kimi məsələlər bizdə stress əmələ gətirən amillərdəndir.

Stressin əlamətləri:

Zehinimiz və bədənimiz bir-birindən ayrı işləməyən iki sistemdir. Stress zehnimizdə meydana çıxan psixoloji bir faktor olmasına baxmayaraq orqanizmimizə müxtəlif şəkildə təsir edə bilər. Edilən araşdırmalar və təcrübə nəticələri stressin insan bədənində nə cür ziyanlara yol aça biləcəyini sübut etməkdədir. Bu səbəblərə görə həm psixoloji, həm fiziki sağlamlığımızı qorumaq üçün stressdən uzaq olmağa çalışmalıyıq. Stressin səbəb olduğu və ya tətiklədiyi psixoloji və fizioloji xəstəliklərdən bəziləri bunlardır; depressiya, narahatlıq, ürək böhranı, yüksək təzyiq, qismən və ya tam iflic, xərçəng, diabet, piylənmə, xora, qıcıqlanmış bağırsaq sindromu, yaddaş itkisi, boyun və kürək ağrıları, immunitet sistemi xəstəlikləri, yuxu pozuqluqları, tiroid hormonu pozuqluqları, cinsi funksiya pozuqluqları vs. Stress həyəcanı verən psixoloji və fizioloji əlamətlər isə bunlardır; baş ağrıları, əzələlərdə gərginlik, tutulmalar, nəfəs darlığı, ürək atışları pozuntuları, isti basması, cinsi istək pozuqluqları, çəkinizdəki dəyişikliklər, yorğunluq, yuxuya getmədə çətinlik, yuxu keyfiyyətində pozulmalar, ruhi gərginlik, diqqət dağınıqlığı, dalğınlıq, motivasiya çətinliyi, pessimizm , hirs, yerində dayana bilməmək, ümumi agresyon vs.

Stress ilə mübarizə-Təcili həllər:

Əlinizdəki işi buraxın və gərginliyinizi fərqinə varın
Yavaş və ağır bir şəkildə nəfəs alıb verin
Hərəkət edin! gərnəşmə hərəkətləri, yüngül məşq və ya mümkünsə qısa gəzinti
Fasilə verin! Gərginlik mühitindən uzaqlaşmağa çalışın.
Gözlərinizi bağlayın və özünüzü etibarda hiss etdiyiniz bir yeri xəyal edin.

Uzun müddətli həllər:

Sağlam qidalanın.
Zərərli maddələrdən uzaq durun. (Siqaret spirt narkotik maddə). Bu maddələrə o an stressi uzaqlaşdırdığı sanılaraq müraciət edilir lakin irəlidə daha böyük stressli həyat hadisələrinə yol aça bilməkdədir.
Yuxu rejiminə diqqət edin.
Məşq edin, edə bilməsəniz belə hərəkətsizlikdən uzaq qalın
İşlərinizi təxirə salmayın.
Əvvəl böyük və əhəmiyyətli işlərinizi həll edin. kiçik işləri ondan sonraya saxlayın.
İşləri ən son ana buraxmayın.
Sizə kömək edə biləcək birilərindən kömək istəyə bilərsiniz.
Zehininizi nəzarət edə bilmədiyiniz zaman hadisədən bir az uzaqlaşın dincəlin və sonra geri qayıdın.
“Yox” deməyi öyrənin.
Dəyər verdiyiniz insanlara duyğularınızı və düşüncələrinizi izah edin. Problemlərinizi paylaşın.
Az da olsa əyləncəli vaxt keçirməyə zaman ayırın.
Bəzən həddindən artıq nəzarət etməkdənsə daha yaxşı olar ki hər şeyi öz axarına buraxasınız.
Istirahət etmək və yorğunluğunuzu aradan qaldımaq üçün bir duş alın.
Bədən masajı etdirin.
Kömək edin.
Duyğularınızı və hadisələri yazın. Gündəlik tutmaq, yazıya tökmək, hekayələşdirmək vs.
Mühit dəyişdirin: iş, ev, tətil, yeni bir kurs, hobbi kimi.
Boş zamanlarınızı keyfiyyətli keçirin.
Ruhunuzu istirahət etdirin. Sizi rahatlaşdıracaq tərzdə musiqiləri dinləməyi laqeyd yanaşmayın.
İnsanların da sizə yardım etməsinə icazə verin. Onlara bu keyfi və prioriteti yaşadın.

Rahatlamaq üçün qısa məşqlər(4dəqiqə):

Oturacağınızda kürəyiniz dik bir şəkildə oturun.
Ayaqlarınızı -dabanlarınız yerə basmış şəkildə- bir-birindən 3sm qədər ayrı saxlayın.
Qollarınızı yanlardan aşağı doğru sərbəst buraxın.
Gözlərinizi bağlayın.
Nəfəs verərkən çənənizi sinənizə doğru salın.
Nəfəs alarkən çənənizi başınıza doğru qaldırın.
Bunu 3 dəfə təkrarlayın.

1 dəqiqə boyunca oturmağa davam edin və normal nəfəs alıb verin.
Nəfəs alarkən çiyinlərinizi qulaqlarınıza doğru qaldırın.
Nəfəs verərkən çiyinlərinizi aşağı doğru salın.
Bunu 3 dəfə təkrar edin.

1 dəqiqə boyunca oturmağa davam edin və normal nəfəs alıb verin.
Nəfəs verərkən alınınızı sol dizinizə doğru yaslayın.
Nəfəs alarkən kürəyinizi stula yaslayacak şəkildə başınız dik doğrulun.
Nəfəs verərkən alınınızı sağ dizinizə doğru yaslayın.
Nəfəs alarkən kürəyinizi stula yaslayacak şəkildə başınız dik doğrulun.
Bunu 3 dəfə təkrar edin.

1 dəqiqə boyunca oturmağa davam edin və normal nəfəs alıb verin.
Gözlərinizi yavaşca açın və rahatlamış olduğunuzu hiss edin.
 

SİMSED qəbul edin

SİMSED tərkibindəki tam təbii tərkibli komponentlərin sayəsində dozalanmadan asılı olaraq sakitləşdirici, anksiolitik və yuxugətirici təsirə malikdir. O, MSS-in gərginliyini aradan götürürək orqanizmin stressə davamlılığını artırır. Xüsusilə depressiyalar  zamanı effektiv təsir  göstərərək orqanizmin müxtəlif şəraitlərə qarşı adaptasiyasını yaxşılaşdırır. Yuxuya getməni tezləşdirir və yuxunun normal fazalarını bərpa edir. Klimaks zamanı yuxusuzluğu, depressiyanı və sinir gərginliyini aradan qaldırır.

Əsəblərinizi qoruyun- onlar sizə və ətrafınızdakılara uzun zaman lazım olacaq:)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir