Zülal çatşmazlığı

Amin turşular və uşaq orqanizmi

Amin turşular uşağın tam inkişafı üçün zəruri olan xüsusi maddələrə aiddir. Onlar bədənin hüceyrələrinə zəruri olan kompleks birləşmələri və mürəkkəb zülal molekulların qurulması üçün əsas struktur elementləridir. Orqanizmin tam fəaliyyəti üçün, uşaqlar mütləq qida ilə amin turşuları almalıdır, çünki aminlərin təxminən 40% -i orqanizmin özü tərəfindən sintez oluna bilmir. Belə amin turşulara “əvəzolunmaz” amin turşuları deyilir.

Uşaq orqanizmində əvəzedilməz aminlər ilk növbədə bir sıra ən mühüm funksiyaları yerinə yetirirlər və bu bütün orqan və toxumaların bədən üçün zülal sintezində özünü göstərir. Boyun və bədən kütləsinin artımı məhz bunun hesabına həyata keçirilir. Bundan başqa, əvəzolunmaz amin turşuları metabolizmin müəyyən mərhələlərdə iştirak etməklə unikal funksiyalara malikdir. Onlar boy artımının tənzimlənməsi prosesində yaxından iştirak edir, qan hüceyrələrinin yaranmasına təsir edir,  qalxanabənzər vəzinin və böyrəküstü vəzilərin fəaliyyətini dəstəkləyirlər. Bundan başqa, əvəzolunmaz amin turşuları yağ mübadiləsində və fosforlu birləşmələrin yaranmasında rol alırlar. Bunun nəticəsində qaraciyərdə zəhərli maddələrin zərərsizləşdirilməsi və sinir sisteminin funksionallığı təmin edilir.

Anadan olduğu andan uşaqlar üçün bu maddələrin əsas mənbəyi qidadır. Bütün tələbatı ödəmək üçün əvəzolunmaz aminlərin eyni vaxtda orqanizmə daxil olması vacibdir. Lakin bitki və heyvan mənşəli zülallar orqanizimdə müxtəlif cür mənimsənilir. Bir çox hallarda mənimsənilmə dərəcəsi qidanın hazırlanma üsulu, məhsulun keyfiyyəti və növündən asılı olur. Bu baxımdan ən dəyərli zülalların ana südündə olmasını sübuta yetirməyə ehtiyac yoxdur. Uşaq böyüdükcə onun qidasına əlavə qidalar da qoşulmağa başlayır. Məhz bu mərhələdə qidanın tərkibində aminlərin çatışmazlığı müxtəlif inkişaf qüsurlarında özünü göstərməyə başlayır.  Fasiləsiz zülal sintezini, habelə, bütün metobolitik funksiyaların yerinə yetirilməsini təmin etmək üçün amin turşuların orqanizmə düzgün şəkildə daxil edilməsi diqqətdə saxlanılmalıdır. Uşaqlar bu və ya digər aminlərin eyni dərəcədə həm çatışmazlığından, həm də atrtıqlığından əziyyət çəkə bilərlər. Bu da öz növbəsində qan azlığı, fiziki və zehni inkişafdan qalma, tez yorulma, iştahasızlıq, əsəbilik, diqqət defisiti fonunda hiperaktivlik sindromu kimi nəticələrə səbəb ola bilər.

Uşaqların böyüməsi və inkişafı üçün tikinti komponentlərinin mənbəyi kimi böyük miqdarda zülal tələb olunur. Lakin heç də bütün zülallar əvəzolunmaz amin turşuların mənbəyi kimi eyni tutula bilməz. Bu baxımdan heyvan, balıq və quş əti daha faydalı hesab edilir. Bitki mənşəli zülallar keyfiyyət və tərkibinə görə xeyli geri qalırlar.Uuşaqlar ən çox triptofan, metionin və lizin kimi amin turşuların defisitindən əziyyət çəkirlər. Ona görə də, bütün qida məhsullarını məhz həmin maddələrin kəmiyyət baxımından qiymətləndirmək lazımdır.

Əgər həyatın birinci ili uşaqlar pediatrların tam nəzarəti altında ana südü ilə (və ya qarışıqları) lazımı amin turşuları təmin olunursa da, daha böyük uşaqlarda rasionun vacib aminlərlə yanaşı vitaminlər və minerallarla da zənginləşdirirlməsinə nəzarət etmək lazımdır.

Bir çox hallarda artıq hansısa inkişaf qüsurları aşkara çıxandan sonra analar həkimə müraciət edir. Bu zaman artmış aminturşu defisitini aradan qaldırmaq əlavə aminturşu komplekslərinə ehtiyac yaranır.

Türkiyənin məşhur Koza İlaç Sanayi şirkətinin məhsulu olan POWER DROPS (tərcümədə- güc damlaları) tərkibindəki yüksək keyfiyyətli əvəzolunmaz aminlərin (Leysin, Metionin, Isoleysin, Triptofan, Lizin və Valin) mənbəyidir. POWER DROPSun əlavə olaraq yüksək miqdarda C vitamini ilə zənginləşdirlməsi aminlərin mənimsənilməsini, züllalların sintezini və immun sisteminin güclənməsini təmin edir. Əgər uşaqlarda yuxarıda sadalanan amin defisit simptomlar müşahidə olunursa həkiminizlə məsləhətləşərək uşağınıza POWER DROPS preparatını əminliklə verə bilərsiniz.

POWER DROPS- hər damlasında güc var!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir