Uroseptik

Tərkibi:

Quşüzümü qurudulmuş ekstraktı…..400 mq

Kalium bikarbonat………………………400 mq

Ayıqulağı ekstraktı……………………..100 mq

D-mannosa……………………………….100 mq

Vitamin C………………………………….240 mq

Bromelayin…………………………………40 mq

L.Acidophilus…………………………….1,5 mld

İnqredientlər: mikrokristallik selluloza, proantosianidlər, kalium bikarbonat, vitamin C, D-mannosa, ayıqulağı ekstraktı, arbutin, kolloid silisium, maqnezium stearat

Farmakoloji xüsusiyyətləri:

Preparatın təsiri tərkibində olan bitkilərin sinergist təsiri ilə izah olunur.

Quş üzümu ekstraktı sidik ifrazat sisteminin bir çox xəstəliklərinin müalicəsində istifadə olunur. Sonuncu tətqiqatlar göstərir ki quş üzümünün tərkibində olan xüsusi maddələr bakteriyalarla sidik yolları və sidik kisəsi hüceyrələri ilə kontaktın qarşısını alır. Quş üzümü sidiyin turşuluğunu artıraraq bakteriyalarla mübarizədə kömək edir. Tərkibində olan proantosianidlər  sayəsidə quş üzümü bakteriyaların sidik çıxarıcı yolların daxili səthinə nüfüz etməsinin qarşısını alır və beləliklədə patogenlər sidiklə yuyulub orqanizmdən çıxarılır. Uroloji xəstəliklərin əsas səbəbkarı olan  E.Coli-yə qarşı xüsüsu aktivdir. Ayı qulağı ektrakstı iltihabəleyhinə, dezinfeksiyaedici və büzücü xüsusiyyəti sayəsində sistitlərin müalicəsində öz yerini tutub. Tərkibində olan arbutin maddəsi mikrob əleyhinə təsir göstərərək mikoplazmaların inkişafını dayandırır. Diurezi artıraraq Na və Cl ionlarını orqanizmdən çıxarır. Başqa bitkilərlə kombinasiyada prostat vəzin adenoması zamanı yüksək müalicəvi effekt verir. D-mannosa E.Coli bakteriyalarının böyrək və sidik ifrazat sistemi orqanlarının divarına fiksasiya olunmasının qarşısını alır. Nəticədə bakteriyalar sidiklə yuyulub çıxarılır. Uroloji infeksiyalarda antibiotiklərə təbii alternativ hesab olunur. Həmçinin orqanizmin normal mikroflorasını pozmur.

Bitkilərin tərkibində olan efir yağları və digər komponentlər iltihabi prosesin yaranmasında iştirak edən lipooksigenaza fermentinin, həmçinin leykotrienlərin sintezini inhibə edir.

Bromelayn-Aterogen lipopreoteinlerin (orqanizm üçün ziyanlı olan ASLP)qaraciyərdə metabolizmə uğramasını sürətləndirir və aterosklerozun qarşısını alır. C-vitamini-askorbin turşusu vitaminlərin ən geniş yayılmış forması olub, orqanizmin maddələr mübadiləsinin bir çox kimyəvi proseslərində iştirak edir. Askorbin turşusu oksidləşmə-reduksiya reaksiyalarında, amin turşularının mübadiləsində iştirak edir. O hormonların sintezində, sümük və qığırdaq toxumasının əmələ gəlməsində, yaraların sağalmasında zəruri maddədir.

BestBerry sidikdə kalsiumun, hidroksiprolinin və oksalat turşusunun miqdarını azaldaraq daşların əmələ gəlməsini ləngidir, daşların yumşalmasına və onların demineralizasiyasına səbəb olur. Sidik traktı əzələlərinin tonusunu azaldaraq daşların xaric olmasını rahatlaşdırır.

İstifadəsinə göstərişlər:

  • Sistit, Uretrit,   Pielonefrit,  Nefrit,  Nefrolitiaz
  • Kristalluriya (sidik turşulu diatez)
  • Urolitiaz
  • Böyrək daşı xəstəliyinin profilaktikası, əməliyyatdan sonrakı dövr
  • Prostatit (kompleks müalicə), Prostat vəzin xoşxassəli hiperplaziyası (adenoma);
  • Diabetik nefropatiya
  • Hamiləlik zamanı sidik yollarının infeksiyası
  • Zöhrəvi xəstəliklərin kompleks müalicəsi
  • Böyrək mənşəli hipertenziya

Əks göstərişləri:

Preparatın tərkibinə qarşı hiperhəssaslıq, 18 yaşa qədər uşaqlar

İstifadə qaydası:

Müalicə məqsədi ilə preparat gündə 2 dəfə, profilaktika məqsədi ilə isə preparat gündə 1 qəbul olunur.

Buraxılış forması:

Tablet №20

İstehsalçı:

ValueMed Pharma s.r.l, İtaliya

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir