Antianemik kompleks

Tərkibi:

Aktiv komponentlər 5 ml-də STD*
Dəmir 40 mg 286%
Sink 10 mg 100%
Vitamin C 50 mg 63%
Vitamin B12 2.5 mkq 100%
Fol turşusu 200 mcg 100%
*STD- sutkalıq tövsiyyə olunan doza

Köməkçi maddələr: Su, fruktoza, aromatizator, limon turşusu, kalium sorbent.

Farmakoloji xüsusiyyətləri:

Dəmir oksigen daşıyıcısı olan hemaqlobinin tərkibinə daxil olmaqla toxuma və hüceyrələri oksigenlə təmin edir.  CİNKOFERin tərkibində dəmir ikivalentli fumarat birləşməsi şəklindədir. Fumarat birləşməsi digərlərindən mədə turşuluğuna görə davamlılığı və yüksək biomənimsənilməsi ilə fərqlənir. Dəmir fumarat bağırsaq mühitində oksidləşmədiyinə görə ağızda pas dadı vermir, mədədə qıcıqlanma yaratmır.

Sink DNT, RNT və zülal sintezində katalizator olan 200-dən çox fermentin tərkibinə daxil olduğu üçün yeni hüceyrələrin, o cümlədən, eritrositlərin əmələ gəlməsində bilavasitə rol oynayır. Orqanizmdə dəmirin depolanması prosesinə nəzarət edir. Güclü antioksidant effekti sayəsində sərbəst radikalların eritrosit membranına olan dağıdıcı təsirinin qarşısını alır. Oksigenin daşınmasında və hemoqlobinin əmələ gəlməsində mühum rol oynayır. Bağırsaqlarda su-ion balansını bərpa edərək dəmirini soulmasını asanlaşdırır. Toxumalarda inkişaf və böyümə prosesslərini sürətləndirir, uşaqların fiziki və əqli inkişafına təsir göstərir.

C vitamini dəmirin bağırsaqlardan sorulmasına cavabdeh vitamin olaraq onun orqanizmdəki mübadiləsində əvəzsiz rola malikdir. Eyni zamanda dəmir defisiti zamanı aşağı düşən iştahanı normallaşdırır. C vitamini immun sistemini gücləndirir, eləcə də, antioksidant olaraq orqanizmi sərbəst radikalların mənfi təsirlərindən qoruyur.

Fol turşusu eritrositlərin yaranmasında, purin və pirimidinlərin sintezində iştirak edir. Orqanizmdə fol turşusunun kifayət qədər olması, qan hüceyrələrinin normal miqdarını təmin edir. Eyni zamanda sinir hüceyrələrinin qidalanmasında vacib rola malikdir.

Sianokobalamin (Vitamin B12) fol turşusu ilə birlikdə hemoqloinin zülal hissəsinin sintezində iştirak edir. Zülal, yağ və karbohidrat mübadiləsində vacib rol oynayır. Bir çox fermentlərin sintezi üçün vacibdir. Qlikolizi sürətləndirir. Sinir liflərinin mielin qişalarının formalaşmasını, karotinin retinola (Vitamin A) keçməsini təmin edir.

CINKOFER dəmir, fol, B12 defisitli anemiyanın qarşısını alır, uşaqlarda boy inkişafını, fiziki və zehni iş qabiliyyətini, orqanizmin xəstəliklərə qarşı müqavimətini, iştahanı artırır.

Göstərişləri:

-Müxtəlif defisitli anemiyaların müalicəsi və profilaktikası

-Uzun sürən xəstəliklərdən (diareya, qurd xəstəlikləri, lyambliyoz və s.) sonra bərpa dövrü

-İmmun sistemini gücləndirmək məqsədilə

-İntensiv inkişaf dövrü

-Orqanizmin dəmirə və sinkə tələbatının artdığı digər hallar

İstifadə qaydası:

6 ay-6 yaş…………………1/2 ç.q gündə 2 dəfə

6-12 yaş………………………1 ç.q gündə 2 dəfə

12 yaşdan yuxarı ………….2ç.q gündə 2 dəfə

İstifadədən əvvəl flakonu çalxalamaq lazımdır.

Əks göstərişləri:

Preparatın tərkibinə qarşı yüksək həssaslıq

Əlavə təsirləri:

Nadir hallarda ürəkbulanma, qusma, dispeptik əlamətlər ortaya çıxa bilər

Buraxılış forması:

İçlik vərəqi və ölşü qaşığı olə karton qutuda qablaşdırılmış  100 ml flakon

Saxlanma şəraiti:

Otaq temperaturunda, qaranlıq və quru şəraitdə, uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.

İstehsalçı:

ValueMED Pharma Srl, Italiya.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir