Həzm ferment kompleksi

Tərkibi:

Papaya    şirəsi……………………………………………………………………….600mq
Razyana   ekstraktı…………………………………………………………………..85mq
Enzim  qarışığı (proteaza, amilaza,lipaza, laktaza, sellülaza) ………..60mq
Bromelain………………………………………………………………………………..25mq
Papain…………………………………………………………………………………….25mq

Farmakoloji  xüsusiyyətləri:

Papaya şirəsi С, D, В1, В2, В5  vitaminləri  və K, P, Fe, Ca, Na  minerallari ilə zəngindir. Həmçinin qurdqovucu təsirə də malikdir. Tərkibindəki Papain  bitki mənşəli proteolitik fermentdir – zülalların və qlüko-proteidlərin həzmində iştirak edir.

Bromelain  bitki mənşəli (ananas şirəsindən əldə edilib) proteolitik enzim olub zülalların parçalanmasında iştirak edir. Geniş Ph diapazonuna malikdir (tripsindən fərqli olaraq). Şərti patogen mikrofloranin artıb çoxal-masının qarşısını alır.

Razyana ekstraktı spazmolitik xüsussiyyətə malik olub  mədə bağırsaq spazmını aradan qaldırır,  meteorizm zamanı qazqovucu təsir göstərir.

Sellülaza sellülozanın; laktaza süd məhsullarının tərkibindəki laktozanin qlükoza və qalaktozaya qədər parçalayib mənimsənilməsini yaxşılaşdırır.

ENZIMAX kombinəşəkili preparat olub  mədə-bağırsaq   həzmini  yaxşılaşdırır, bağırsaqlardan qidalı   maddələrin   sorulmasını   asanlaşdırır bağırsaqdaxili qazların   fizioloji  miqdarını,  qıcqırma-çürümə proseslərini tənzimləyərək  köpün qarşısını alır. ENZIMAX xüsusi fermentlərlə zənqin olduğu üçün bitki  qidasının  və süd məhsullarının  mənimsənilməsində əhəmiyyətlidir. Tərkibindəki  həm  bitki, həm heyvani mənşəli  fermentlər  (amilaza, lipaza, proteaza) qəbul olunan zülal, yağ, karbohidrat  qidasını  tam  həzmini  təmin edərək uzun  və qısamüddətli həzm pozulmasının əlamətlərini , mədəaltı vəzinin funksional  zəifliyini aradan qaldırır. Papain və  bromelain isə mədə- bağırsağı, qaraciyəri toksiki maddələrdən  təmizləyir, həm də selikli  qişaya  iltihabəleyhi  təsir  göstərir.

Göstərişlər:

-Öd-qaraciyər və mədəaltı vəzi funksiyasının çatışmazlığı
-Mədə-bağırsaq  motorikasının  pozulması 
-Xroniki qastrit

-Enterokolit

-Müxtəlif helminztozlar

-Maldigestiya (qida maddələrinin həzminin pozulması)
-Dispepsiya

-Körpə kolikləri

-Meteorizm

-Bağırsaq infeksiyası (kompleks müalicə)

İstifadə qaydası:

Yaş Doza Qəbul qaydası
           0-3 yaş 2,5 ml gündə  3dəfə
          3-6 yaş 5 ml gündə  3 dəfə
         6-12 yaş 7,5 ml gündə 3 dəfə
12 yaş yuxarı və böyüklər 10 ml gündə 3-4 dəfə

ENZIMAX  yeməkdən  əvvəl  qəbul  edilir.

İstifadədən  öncə flakon çalxalanmalıdır.

Əks göstərişləri:

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq

Buraxılış forması:

Sirop 120 ml

İstehsalçı: 

ValueMED Pharma Srl, Italiya.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir