(Hepatoprotektor)

Tərkibi:

Hər kapsulun tərkibinə daxildir: Essensial fosfolipidləri (EPL -substansiya) 300 mq

Farmokoloji xüsusiyyətləri:  

“Essensial” fosfolipidlər – qaraciyər hüceyrələri membranlarının və hücüeyrə orqonoidlərinin əsas struktur elementidir. EPL-in tərkibinə təbii mənşəli xolin-fosfor turşusunun diqliseridli efiri (fosfotidinxolin) və doymamış yağ turşuları daxildir. Fosfatidilxolin qaraciyərin funksional vəziyyətinin bərpası və saxlanılması üçün vacibdir. Doymamış yağ turşularından linol (70%), linolen və olein turşuları üstünlük təşkil edir: LİVERKAPS membranatrop xüsusiyyətə malikdir, metabolik  və hepatoprotektor təsir göstərir. Lipid və karbohidrat mübadiləsini requlə edir. Qaraciyərin funksiyasını normallaşdırır: hepatositlərin fermentativ aktivliyini artırır, qaraciyərin enerji israfını azaldır, regenerasiya qabiliyyətini və dezintoksikasion aktivliyini artırır. Həmçinin, hipoxolesterinemik və ödqovucu təsir gostərir. Ödün fiziki – kimyəvi xüsusiyyətlərini stabilləşdirir.

Göstərişləri:

  • Hepatit (kəskin və xroniki)
  • Qaraciyərin dərman zədələnmələri (psixotrop maddələr, tuberkulostatiklər, peroral kontraseptivlər, bəzi antibiotiklər və immunadepressantlarla) və onların profilaktikası
  • Alkoqolizm nəticəsində qaraciyərin zədələnmələri
  • Qaraciyərin müxtəlif etiologiyalı piy distrofiyaları (şəkərli diabet, xroniki infeksiyalar)
  • Somatik xəstəliklər zamanı qaraciyərin funksiyasının pozulması
  • Qaraciyər sirrozu
  • Mədə-bağırsaq sisteminin xəstəlikləri ( xroniki pankreatit, mədə və 12 barmaq bağırsağın xora xəstəliyi)
  • Hepato-biliar zonada cərrahiyyə əməliyyatlarından əvvəl və sonra
  • Hiperlopoproteinemiya, hiperxolesterinemiya, hipertriqliseridemiya
  • Hamiləlik toksikozu
  • Şüa xəstəliyi (radiasion sindrom)
  • Psoriaz, diffuz neyrodermit, ekzema (kompleks müalicədə)

Dozalanma rejimi və istifadə qaydası:

LİVERKAPS daxilə, 2 kapsuldan gündə 2-3 dəfə yemək vaxtı kifayət qədər su ilə qəbul olunur

Əlavə təsirləri:

LİVERKAPS, adətən orqanizm tərəfindən yaxşı qəbul edilir. Nadir hallarda epiqastral nahiyyədə diskomfort hissi, diareya və allergik reaksiyalar müşahidə oluna bilər.

Əks göstərişləri:

Preparatın komponentlərinə qarşı həssaslıq

Buraxılış forması: 

LİVERKAPS 300 mq kapsul № 50

İstehsalçı:

“Minskinterkaps” Belarusiya. www. mic.by

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir