Anksiolitik, sedativ, adaptogen, antioksidant və yuxugətirici

Tərkibi:

  • Hər 8 damcıda
  • Qonaqotu (Herbae Passiflorae)…………6,0 mq
  • Melatonin………………………………………..2,0 mq
  • Ballı nanə (Melissa o.e.)……………………2,0 mq
  • Çobanyastığı (Matricária chamomílla)…2,0 mq

Farmakaloji xüsusiyyətləri:
Təbii  sakitləşdirici vasitə olub sakitləşdirici və yuxugətirici təsir göstərir, yuxunun keyfiyyətini yaxşılaşdırır.Passiflora ekstraktı MSS-nə güclü sakitləşdirici təsiri və yuxugətirici effekti var. Tərkibində aşkar olunan betta-karbolen MAO inqibitoru kimi, antidepressant xüsusiyyətlərə malikdir. Hərəki oyanıqlığı azaldır  Passiflora gecə yuxusunu tənzimləyərək yuxugətirici təsir göstərir. Stress və ya hər hansı bir qıcıq nəticəsində baş verən oyanıqlığı, gərginliyi, aqressiyanı aradan götürərək sakitləşdirici təsir yaradır. Güclü sedativ, yuxugətirici və ağrıkəsici təsirlərə malik olduğundan həm xalq, həm də elmi təbabətdə geniş istifadə olunur.
Melatonin Beynin epifiz vəzisi tərəfindən sintez olunan maddədir. Yuxunun ritmini, keyfiyyətini normallaşdırır. Mərkəzi sinir sistemində serotonin, qamma-amin yağ turşularının sintezi artırır. Melatonin emosional sferaya və intellektual inkişafa təsir göstərir. Yuxunun bütün mərhələlərinin düzgün gedişatına təsir göstərir, əhval-ruhiyyəni yaxşılaşdırır.Sağlam yuxunu təmin edir. Sutkalıq doza 0,3 – 5 mq təşkil edir.
Melissa  mülayim sedativ təsiri sayəsində həm yeni doğulmuşlarda həmdə böyük uşaqlarda sinir sisteminin oyanıqlığı ilə gedən bütün patologiyaların müalicəsinə geniş istifadə olunur. Qıcolmaəleyhinə təsir göstərir, psixomotor həssaslığı aradan qaldırır. Sakitləşdirici, yuxugətirici  və spazmolitik xüsusiyyətləri ilə tanınır.
Çobanyastığı ekstraktı ağrikəsici, sakitləşdirici və yerli keyləşdirici xüsusiyyətlərə də malikdir. Mülayim spazmolitik təsir göstərərək, saya əzələnin tonusunu götürür, beleliklə, ağrıkəsici təsir göstərir. Antiseptik, iltihabəleyhinə,  tərlədici, köpəleyhinə təsir göstərir. Qıcolmaya meyilliliyi aradan qaldırır.
MELAT JUNIOR  psixi və fiziki gərginliyi aradan qaldıraraq rahat yuxuya getməni təmin edir və təbii gecə yuxusunu bərpa edir.Uşaqlarda istifadəsi üzrə dünyada bir çox tətqiqatlardan keçən  melatonin uğurlu nəticələr əldə etmişdir. Uşaqlarda hiperreaktivlik və autizm zamanı preparatın hətta uzunmüddətli istifadəsi zamanı yüksək effektivliyi sübüt olunub.
Göstərişləri:

  • Yuxu pozqunluğu:
  • Gec yuxuya gedən və narahat yatan körpələrdə
  • Funksional mənşəlli yuxu pozulmalarında
  • Hiperaktivlik
  • Asteniya,nevrosteniya
  • Məktəb və məktəbəqədər yaşlı uşaqlarda nevrozabənzər vəziyyətlər
  • Keçid dövrü nevrozu; Depressiya
  • Neyrosirkulyator distoniya
  • Sinir-reflektor oyanıqlığının yüksəlməsi sindromu ilə gedən sinir sisteminin perinatal zədələnməsi
  • Kəllə daxili ensefalopatiya.

İstifadə qaydası və dozalanma:

  • 6 ay -1 yaş  ……………1-2 damcı
  • 1-3 yaş ………………….2-4 damcı
  • 3-6 yaş  …………………4-8 damcı
  • 6 yaşdan yuxarı ………10-15 damcı

Preparatı daha çox yatmazdan 30 dəq əvvəl sutkanın eyni saatında qəbul etmək tövsiyyə olunur. Müalicə müddəti 2-4 həftə, lakin patalogiyanın dərinliyindən asılı olaraq həkim məsləhətilə müalicə müddətini və dozanı (melatanin dozası  0,3 – 5 mq olması şərtilə) artırmaq olar.
Əks göstərişləri:
Preparatın komponentlərinə qarşı hiperhəssaslıq.
Əlavə təsirləri: 
Əksər hallarda təlimata uyğun istifadə edildikdə heç bir əlavə təsir yaranmır. Nadir hallarda dəridə səpkilər müşahidə oluna bilər.
Buraxılış forması: 
Melat Junior damcı, 30 ml flakon.
İstehsalçı: 
ValueMed Pharma s.r.l, İtaliya

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir