Təbii antiseptik oral sprey

Tərkibi:

Flavonoidlər………………………………………………30 mq

Qreypfrut toxumlarının(hidroqliserində) ekstraktı………10mq

Astraqal kökünün ekstraktı (16% polisaxarid)……….3,75mq

Adaçayının yarpaqlarının quru ekstraktı……………..3,75mq

Kəklikotu ekstraktı………………………………..….….…2mq

Evkalipt yarpaqlarının essensial yağı…………………1,77mq

Nanə yarpaqlarının essensial yağı …………………..1,12 mq

Vit B6…………………………………………………….0,28mq

Propolis……………………………………………………30 mq

Qalanqin(2,5%)………………………………………….0,75mq

Bal …………………………………………………………………..405 mq

Farmakoloji xüsusiyyətləri:

Pomas boğaz spreyi yuxarı tənəffüs yollarının infeksion xəstəliklərində müalicəvi və profilaktik məqsədlə istifadə olunur.

Qrepfrut toxumunun ekstraktı immuniteti gücləndirməklə yanaşı, normal mikrofloraya təsir göstərməyən effektiv antibakterial vasitədir. Həmçinin, virus əleyhinə, göbələk əleyhinə təsirə malikdir. Yerli qan dövranını yaxşılaşdırır.

Astraqal kökü immun sistemin effektiv stimulyatorudur, fiziki aktivliyi yüksəldir. İmmuniteti gücləndirir.

Adaçayı Dezinfeksiyaedici, iltihab əleyhinə, ağrıkəsici, büzücü təsirlərə malikdir. Stomatitlərdə, anginada, diş əti qanaxmalarda sağaldıcı vasitə kimi  istifadə edilir.

Kəklikotu  dezinfeksiyaedici, büzücü, bəlğəmgətirici, iltihabəleyhinə və s. təsirə malikdir.

Evkalipt yarpaqlarının efir yağları iltihabəleyhinə, antibacterial təsirlərə malikdir. Ağrını və temperaturu azaldır. Selikli qişa reseptorlarına qıcıqlandırıcı təsir qöstərir, yerli iltihabəleyhinə və antiseptik xüsusiyyətlərə malikdir.

Nanə yarpaqlarının efir yağları yerli damardaraldici, ltihabəleyhinə və analqeziyaedici təsirə malikdir. Ürəkbulanmanı, qaytarma hissini azaldır.

Propolis immunostimulyator, yerli analgetik və təbii antibiotik təsirlərə malikdir.Tərkibindəki qalanqin bakteriostatik, funqisid, dezinfeksiyaedici təsirə malikdır.

Bal yumşaldıcıvə antiseptik təsirə malikdir, immunostimulyatordur. Boğazı sanasiya edir.

İstifadəsinə göstərişlər:

-LOR orqanların infeksion xəstəliklərində(farinqit,larinqit,tonzilit)

-Müxtəlif mənşəli stomatitlər (virus,göbələk və bakteriya)

-Aftoz stomatitlər

-Xoralı stomatitlər

-Cərrahi əməliyatlardan əvvəl və sonra

İstifadə qaydası və dozası:

2 püskürmədən gündə 2-3 dəfə ağız boşluğuna püskürməli.

Buraxılış forması:

Pomas, boğaz üçün 30 ml-lik sprey. Tərkibinə spirt və qlütein daxil deyildir.

İstehsalçı:

Koza Ilaç Biyoteknoloji  Sənayi və Tic.Ltd.Şti. Türkiyə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir