Amin turşu kompleksi


Tərkibi(Hər 1 ml-də):

L-Leysin 3.66 mq L-Lizin 0.005 mq
L-Metionin 1.84 mq L-Valin 1.34 mq
L-İzoleysin 1.18 mq Vitamin C 100 mq
L-Triptofan 1 mq

Farmokoloji xüsusiyyətləri:
Amin turşular – orqanizmdə zülal strukturlarının formalaşması üçün olan tikinti materiallarıdır. Canlı orqanizmə inkişaf, toxumaların regenerasiyası, müxtəlif hormonların və fermentlərin ishehsalı üçün amin turşular vacibdir. Amin turşular – qidalanmanın qiymətli elementləridir, onlar neyromediator rolunu oynayır və orqanizmi enerji ilə təmin edir.
L-Leysin əvəz olunmaz amin turşudur, orqanizmdə sintez olunmur. Zülal sintezini aktivləşdirərək orqanizmin qurulmasında mühüm rol oynayır. Eyni zamanda, anemiya, qaraciyər patologiyaları və digər xəstəliklərin müalicəsində istifadə olunur.
L-Metionin bəzi amintuşuların və fermentlərin sintezində xammal rolu oynayır. Fosfolipid sintezini sürətləndirərək, həm hüceyrələrin bərpasında həm də yeni hüceyrələrin əmələ gəməsində iştirak edir. Qarciyərdə neytral yağların toplanmasını əngəlləyir, onun bərpasını sürətləndirir. Antidepressant xüsusiyyətlərə malikdir.
L-Isoleysin əvəzolunmaz aminturşulardandır. Fermentlərin, hormonların və zülalların biosintezində iştirak edir. Təsadüfi deyil ki, leysin və valinlə birlikdə əzələ toxumasının 35%-ə qədərini təşkil edir. Əzələlər və sinir sistemi üçün enerji mənbəyi rolu oynayır. Piy toxumasının ərinməsində və şəkərin energetic mübadilədə iştirakını sürətləndirir.
L-Tryptofan əvəzolunmaz amin turşu kimi orqanizmdə vacib kimyəvi reaksiyalarda iştirak edir. Sinir tənzimində mühüm rola malikdir. Melatonin və serotonin sintezində iştirak edərək, ağır və intensiv fəaliyyətdən sonra yorğunluğu götürür, əhval ruhiyyəni yüksəldir, yuxunu yaxşılaşdırır və əzələ gücünün bərpa prosesini tezləşdirir.
L-Lizin kollaqenin tərkibinə daxil olan ən vacib amin turşulardan olduğuna görə, əzələ və bağların möhkəmlənməsi, qığırdaq toxumasının mümkün zədələnmələrdə profilaktikası üçün vacibdir. Zülal sintezi, boy və çəki artımında iştirak edir. Stressə davamlılığı artırır, orqanizmin virus xəstəliklərinə qarşı immun qabiliyyətini gücləndirir.
L-Valin boy artımı və toxuma sintezində ən vacib rola malik komponentlərdən biridir. Leysin və izoleysinlə birlikdə əzələ hüceyrələrində enerji mənbəyi kimi iştirak edir. Orqanizmin ağrıya, soyuğa və istiyə qarşı dözümlülüyünü artırır. Azot mübadiləsinin normallaşdırır və sinir hüceyrələrinin demielinləşməsinin qarşısını alır. Seratonin səviyyəsinin azalmasına mane olduğu üçün antidepressiv özəlliklərə malikdir.
Askorbin turşusu (Vitamin C) Güclü antioksidantdır. O oksidləşmə-reduksiya proseslərində vacib rol oynayır, kollagen və prokollagen sintezində, fol turşusu və dəmirin mübadiləsində, həmçinin steroid hormonların və katexolaminlərin sintezində iştirak edir. Askorbin turşusu həmçinin qanın laxtalanmasını tənzimləyir, kapilyarların keçiriciliyini normallaşdırır, qan yaranma üçün vacibdir, iltihab əleyhinə və allergiya əleyhinə təsir göstərir. Amin turşularla birlikdə iştaha mərkəzində zülal sintezini bərpa edərək iştahasızlığı aradan qaldırır.
İstifadəsinə göstərişlər:

  • zülalla yetərsiz qidalanma;
  • əzələ kütləsinin defisiti (asteniya);
  • iştahanın azalması;
  • zəifləmiş immun sistemi;
  • yüksəlmiş fiziki və psixoemosional yüklənmələr, stress;
  • xroniki xəstəliklər, ağır infeksiyalar, degenerativ xəstəliklər, sağalma dövrü;
  • endokrin disfunksiyalar;

İstifadə qaydası və dozası:
0-2 yaş 10 damcı gündə 2-3 dəfə, 2-12 yaş 20 damcı (1 ml) gündə 2-3 dəfə, 12 yaşdan böyük uşaqlar və böyüklər:  40 damcı (2ml) gündə 2-3 dəfə.
yeməkdən sonra, daxilə qəbul olunur. İstifadədən qabaq flakonu yaxşı çalxalamaq lazımdır.
Əks göstərişlər:
Preparatın komponentlərinə qarşı hiperhəssaslıq.
Buraxılış forması:
Power Drops 30 ml damcı.
İstehsalçı:
Koza İlaç, Türkiyə.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir