Kişilərdə sidik-cinsiyyət sistemi xəstəlikləri zamanı istifadə edilən fitopreparat

Tərkibi:Hər kapsulda:

  • Cırtdan palmanın ekstraktı (Saw Palmetto Extract)……………300 mg
  • İyli kərəviz toxumlarının tozu (Selery seed powder)……………200 mg
  • Bataqlıq kərəviz kökünün tozu (Calamus powder)……………..200 mg

Köməkçi maddələr: maltodekstrin, HPMC (hidroksipropilmetilselluloza, hipromelloza, heyvan jelatini əvəzedicisi)
Göstərişlər:

  • Prostatit
  • Prostat vəzinin xoşxassəli hipertrofiyası (I və II dərəcə)
  • Erektil disfunsiya
  • Sistit, uretrit
  • Hormonal pozğunluqlar
  • Libidonun zəifləməsi

Farmakoloji xüsusiyyətləri:
Cırtdan palma 5-alfa-reduktazanın qeyri-konkurent inhibitorudur. Testosteronun dehidrotestosterona çevrilməsini əngəlləyir. Bununla da prostat vəzin hiperplaziyasının qarşısını alır. Cırtdan palma fosfolipaza A-2 fermentinin aktivliyini və araxidon turşusunun xaric olmasını inhibə edərək iltihabəleyhinə təsir göstərir, damar keçiriciliyini və prostat vəzi toxumasındakı ödemi azaldır. Eyni zamanda prostoqlandinlərin və leykotrienlərin yerli sintezi də tormozlanaraq iltihabəleyhinə effekt əldə olunur. Cırtdan palma testosteronun səviyyəsini və spermanın sintezini yaxşılaşdırır. Müntəzəm istifadəsi zamanı hormonal sistemin fəaliyyəti stimullaşır, potensiya və libidonu artırır. Sidik-cinsiyyət yollarının xroniki infeksiyalarında cırtdan palma urodinamikanı yaxşılaşdırır, sidik kisəsinin iltihabı , xroniki prostatit, uretritdə müşahidə olunan sidik ifrazı zamanı göynəmə kimi dizurik əlamətləri aradan qaldırır.
Iyli kərəviz toxumlarının tozu bioloji aktiv flavonoidlərlə zəngindir. Urodinamikanı yaxşılaşdırır, dizurik simptomları aradan qaldırır, iltihabəleyhinə təsir göstərir, uroseptik təsirə malikdir. Kişilərdə cinsi aktivliyi və spermatozoidlərin hərəkətliliyini artırır.
Bataqlıq kərəviz kökünün tozu xalq təbabətində geniş istifadə olunur. Diuretik, iltihabəleyhinə və uroseptik təsirə malikdir. Prostat vəzdə qanın mikrosirkulyasiyasını yaxşılaşdırır. Şişəleyhinə təsirə malik olduğu üçün prostat vəzin xoş və bədxassəli şişlərinin yaranmasının qarşısını alır.
PROSAFE Prostat vəzinin funksiyasını yaxşılaşdırır. İltihabəleyhinə təsir göstərir. Şişlərin yaranmasını əngəlləyir. Prostat vəzi toxumasında ödemi azaldır. Afrodoziak təsir göstərərək libidonu artırır.
Əlavə təsirləri:
Nadir hallarda allergik reaksiyalar müşahidə edilə bilər
Əks-göstərişləri:
Preparatın tərkibində olan hər hansı komponentə qarşı yüksək həssaslıq, prostat vəzinin bədxassəli şişləri.
Qəbul qaydası:
1 kapsul sutkada 1 dəfə, yeməkdən sonra qəbul olunur. Müalicə kursu 2-3 aydır.
Buraxılış forması:
PROSAFE kapsul № 30
İstehsalçı:
Gama pharma, Turkiyə.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir