Öskürək əleyhinə kombinə olunmuş preparat

Tərkibi (hər 5 ml-də):

  • Biyan balı………………………………………….45 mq
  • Adi cirəgülü ekstraktı (Pimpinella anisum)…….…5 mq
  • Adaçayı ekstraktı (Salvia officinalis)…..………3,11 mq
  • Ammonium qliserrizat ……………………………..3 mq
  • Evkalipt yağı (Eucaliptus sp)………………….2,44 mq
  • Nanə yağı (Mentha)……………………………1,12 mq
  • At şabalıdı (Aesculus hippocastanum)……….….2 mq
  • Razyana ektraktı (foeniculum vulgar…………1.89 mq
  • Dihidrogen sitrat……………………………………………2 mq
  • Kəklikotu ekstraktı (Thymus sp.)……..….……0.33 mq

Farmakoloji xüsusiyyətləri:
Biyan balı nektarında olan aponin və qliserizin maddələri sayəsində bəlğəmgətirici, antibakterial, iltihabəleyhinə və immunostimulyatior təsirlərə malikdir. Selik ifraz edən vəzilərin fəaliyyətini stimulə etdiyi üçün surfaktant sintezini artırır, beləliklə, bəlğəmin yumşaldaraq xaric olunmasını asanlaşdırır.
Adi cirəgülü iltihabəleyhinə, antiseptik və spazmolitik xüsusiyyətləri ilə güclü bəlğəmgətirici xüsusiyyətləri var. Birbaşa və reflektor yolla bronxial sekresiyanı gücləndirərək bəlğəmi yumşaldır, bronxial spazmı götürərək rahat tənəffüsü təmin edir.
Adaçayı dezinfeksiyaedici, iltihab əleyhinə və ağrıkəsici təsirlərə malikdir. Stomatitlərdə, anginada, diş əti qanaxmalarda sağaldıcı vasitə kimi  istifadə edilir. Tərkibindəki efir yağlarının sayəsində bronxit və pnevmoniyanın müalicəsində müsbət təsir göstərir.
Ammonium qliserrizat şirinbiyan kökündən alınan maddə olaraq böyrəküstü vəzidə qlükokortikoidlərin sintezini stimulə edir. Qlükokortikoidlər iltihab mediatorlarının əmələ gəlməsini dayandıraraq ilyihabəleyhinə, makrofaqların və limfositlərin aktivliyini artırmaqla immunomodulyator təsir göstərir. Qliserizat virusların DNT, RNT-nin sintezini pozmaqla inkişafını tormozlayır və interferon sintezini artırmaqla virusəleyhinə təsir edir.
Evkalipt yarpaqlarının efir yağları iltihabəleyhinə, temperatur salıcı və antibakterial təsirlərə malikdir. Selikli qişa reseptorlarına qıcıqlandırıcı təsir qöstərərək selik ifrazını artırır, bu baxımdan bəlğəmli öskürək zamanı faydalıdır.
Nanə yarpaqlarının efir yağları yerli antiseptik, iltihabəleyhinə və ağrıkəsici təsirə malikdir. Öskürək tutmaları zamanı ürəkbulanmani və qaytarma hissini azaldır. Bronxlara spazmolitik təsir edərək rahat tənəffüsü təmin edir.
At şabalıdı iltihab ocağında qanın durğunluğunu aradan qaldıraraq, mirrosirkulyasiyanı yaxşılaşdırır, sağalmanı sürətləndirir. Güclü bakterisid təsirinə görə pnevmoniya, bronxit və ağciyər vərəminin müalicəsində istifadə edilir.
Razyana ektraktı tənəffüs yolları xəstəliklərində iltihabı aradan qaldıran, yumşaldıcı və bəlğəmgətirici öskürək dərmanı kimi, eləcə də xroniki mədə-bağırsaq xəstəliklərində, həzm prosesini yaxşılaşdırıcı və köpmənin qarşısını alan vasitə kimi istifadə olunur.
Dihidrogen sitrat (dihidrositrat) mərkəzi təsirə malik olub öskürək mərkəzinin və selikli qişanın oyanıqlığını azaldır. Mülayim bronxgenişləndirici, bəlğəmgətirici və iltihabəleyhinə təsirə malikdir. Qanın spirometrik və oksigenlə doyma göstəricilərini artırır.
Kəklikotu dezinfeksiyaedici, bəlğəmgətirici, iltihabəleyhinə və s. təsirə malikdir. Nəfəs yollarında yığılan bəlğəmi durulaşdırır və onun çıxmasını asanlaşdırır. Quru öskürək zamanı sinə ağrısını götürür.
PULMAR tərkibindəki komponentlərin kompleks təsiri sayəsində həm quru, həm də yaş öskürək zamanı müalicəvi təsir göstərir.

İstifadəsinə göstərişlər:

  • Müxtəlif mənşəli quru və yaş öskürək
  • Kəskin və xroniki bronxit, Pnevmoniya
  • Larinqotraxeit, faringit
  • Bronxial astma, ağciyər atelektazı (bronxial selik tıxanma səbəbiylə),
  • Kataral və irinli otit, sinusit, o cümlədən, qaymorit,
  • Post-travmatik və əməliyyatdan sonra şəraitdə tənəffüs yollarının özlü sekresiyasının aradan qaldırılması.

İstifadə qaydası və dozası:

Yaş Dozalanma Qəbul qaydası
6ay – 2 yaş ½ çay qaşığı (2,5ml), gündə 2-3 dəfə
2 – 5 yaş 1 çay qaşığı (5ml) gündə 2-3 dəfə
6 – 12 yaş 2 çay qaşığı (10ml) gündə 2-3 dəfə
12 yaş və böyüklər 1 xörək qaşığı (15ml) gündə 2-3 dəfə

PULMAR yeməkdən sonra qəbul olunmalıdır. Dozalar götürülməzdən əvvəl flakon çalxalanmalıdır.
Buraxılış forması:
PULMAR, sirop 100 ml.
İstehsalçı:
Gama pharma, Turkiyə.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir