Möhkəm sümüklərə zəəmanət verir

Tərkibi:

Hər damcıda 200 BV D3 vitamini (xolekalsiferol) var.
Köməkçi maddələr: su, fruktoza,  aromatizator, limon turşusu, kalium sorbat

Farmakoloji xüsusiyyətləri:

D3 vitamini (xolekalsiferol) – aktiv antiraxitik amil olub dəridə günəş şüalarının təsirindən əmələ gəlir. O, sümüklərin və dişlərin normal inkişafı, skeletin düzgün minerallaşması və böyüməsi üçün kalsium və fosfatlar mübadiləsini tənzimləyir. D3 vitamini bağırsaqlarda kalsium və fosfatların absorbsiyası, mineral duzların daşınması və sümüklərin kalsifikasiya proseslərində vacib rol oynayır, böyrəklərlə kalsium və fosfatların çıxarılmasını tənzimləyir. Qanda kalsium ionlarının konsentrasiyasına nəzarət etməklə skelet əzələsinin tonusunu, miokardın funksiyasını təmin edir, sinir impulslarının ötürülməsində iştirak edir. Bundan başqa, D3 vitamini hüceyrələrin normal bölünməsi və immun sistemin normal funksiyasının dəstəklənməsinə də təsir göstərir.
Qida rasionunda D3 vitamininin çatışmazlığı uşaqlarda erkən dövrün raxitinin inkişaf etməsinə səbəb olur.

D3 vitamininin defisitinin yaranması üçün risk qrupları:

Vaxtından əvvəl doğulmuş uşaqlar: D3 vitamininin anadan transplasentar yolla keçərək rezerv şəklində toplanmasının çatışmazlığı və nəticədə ona ehtiyacın artması
Südəmər uşaqlar: günəş təsirinin az olması (qeyri – qənaətbəxş olması) və ya hamiləlik dövründə anada D3 vitamininin defisiti
D3 vitamininin bağırsaq absorbsiyasının pisləşməsi, məsələn, hissəvi qastrektomiya və ya qıcolma əleyhinə preparatların istifadəsi
Qaraciyər, böyrək və ürək – ağciyər çatışmazlığı olan şəxslər
Müxtəlif səbəblərdən günəş işığı ala bilməyən və ya ona əks göstərişləri olan şəxslər (dəri xəstəliyi, yataq xəstəlikləri)
Qara dərili insanlar; vegetarianlar

Göstərişlər:

  • Orqanizmin D3 vitamininə tələbatının artması və ya D3 vitamini defisiti
  • Raxitin profilaktika və müalicəsi
  • Sümüklərin və dişlərin normal vəziyyətinin qorunması və ya inkişafının sürətləndirilməsi məqsədilə
  • Hipokalsemik tetaniyalar
  • Malabsorbsiya ilə müşayiət olunan vəziyyətlər
  • Xroniki bağırsaq xəstəlikləri
  • Qaraciyər sirrozu
  • Mədə və ya bağırsaq rezeksiyası
  • Hipotoniya
  • Qıcolma əleyhinə preparatların qəbulu

Əks göstərişlər:

D vitamininə qarşı hiperhəssaslıq,  D hipervitaminozu, hiperkalsemiya, hiperkalsiuriya, böyrək çatışmazlığı.

İstifadə qaydası və dozalanma:

Yenidoğulmuşlarda raxitin profilaktikası məqsədilə: 2 damcı gündə bir dəfə. (2 il müddətində)
Raxitin müalicəsi məqsədilə: 10-25 damcı  gündə 1 dəfə. 6 həftədən sonra 2 damcı saxlayıcı dozada müalicə davam etdirilir.
Əlavə təsirlər:
Əksər hallarda doza artıqlığı zamanı baş ağrısı, oynaq ağrıları, ağızda quruluq, psixikada pozğunluq, hiperkalsemiya, iştahanın azalması, ürəkbulanma, qusma, qəbizlik yarana bilər.
Buraxılış forması:
VİTA D3 damcılar, 30 ml flakon
İstehsalçı:
Koza Ilaç Biyoteknoloji  Sənayi və Tic.Ltd.Şti. Türkiyə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir