(nootrop, neyroprotektor, iştaha stimulyatoru)

Tərkibi:

Hər 10 ml-də:

Soya lesitini……………………………50 mq

Qinkqo bilobanın quru ekstraktı…….30 mq

Vitamin B1……………………………363 mkq

Vitamin B2……………………………462 mkq

Vitamin B3……………………………5,28 mq

Vitamin B6……………………………462 mkq

Vitamin B12………………………….0,84 mkq

Farmakoloji xüsusiyyətləri:

Lesitin (fosfatidilxolin) neyronların membranoprotektorudur. Eləcə də, asetilxolin sintezini normallaşdıraraq neyronlar arası əlaqəni bərpa edir, koqnitiv funksiyaları yaxşılaşdırır. Lesitin aktivliyi və psixi fəaliyyəti artırır, impulsların ötürülməsini yaxşılaşdırır. Qanda L-karnitinin səviyyəsinin saxlanmasını təmin edir. Kəllədaxili təzyiqin azalmasına səbəb olur. Lesitin B6 vitamini ilə birgə hipotalamusda iştaha mərkəzində zülal sintezini sürətləndirərək iştahanı normallaşdırır.

Qinkqo biloba beyin və koronar qan dövranını normallaşdırır. Beyin hüceyrələrinin metabolizmini yaxşılaşdırır. Neyromediatorların sintezini təmin edir. Ödeməleyhinə, antioksidant və neyroprotektiv xüsusiyyətlərə malikdir.

B qrup vitaminləri hüceyrədə maddələr mübadiləsinin requlə və onu enerji ilə təmin edirlər. Əqli və fiziki iş qabiliyyətini yüksəldirlər. hüceyrə və toxuma tənəffüsünü təmin edir, sinir sisteminin strukturunu bərpa edirlər. MSS-də oyanma və tormozlanma prossesləri arasında balans yaradırlar.

Göstərişləri:

-Beyin qan dövranının pozulması

-Diqqətsizlik, yaddaşın zəifləməsi

-İntellektual qabiliyyətin azalması

-Psixomotor inkişafın ləngiməsi, nitqin ləngiməsi

-Kəllə-beyin travmaları

-İştahasızlıq

-Xroniki yorğunluq sindromu

-Enurezin kompleks müalicəsi

Qəbul qaydası və dozalanma:

0-3 yaş 5 ml gündə 1 dəfə

3-12 yaş 10-15 ml gündə 1 dəfə

12 yaşdan yuxarı 20 ml gündə 1 dəfə

VİTAGİNK MSS-də aktivliyi artırdığı üçün günün birinci yarısı qəbul olunması tövsiyyə edilir.

Əks göstərişləri:

Preparatın komponentlərinə qarşı hiperhəssaslıq

Əlavə təsirləri:

Təlimata görə istifadə edildikdə əlavə təsirlər yaranmır

Buraxılış forması:

Sirop 150 ml

İstehsalçı:

ValueMED Pharma Srl, Italiya.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir