(vitamin+mineral kompleksi)


 Tərkibi:
Hər5 ml-də:

  • Vit A………………………480mq           
  • Vit B6………………………1.05 mq          
  • Vit C………………………….80mq         
  • Vit B12……..………………0.42mq              
  • Vit E………….………………4.8 mq           
  • Dəmir……..………………. 2.1 mq
  • Vit D3…………………………5mq           
  • Sink……..………………… 7.5 mq
  • Vit B1…………………………0.5mq           
  • Yod…….…………………..30 mkq
  • Vit B2…………………..0.425 mq          

Farmakoloji xüsusiyyətləri:
VITABABY zəngin vitamin və mineral kompleksidir. Tərkibindəki A, C, D, E vitaminləri immunomodulyator, antioksidant təsir göstərir. Vitamin C iştahanı və  immuniteti artırır, fiziki və neyro-pisixi inkişafı dəstəkləyir. A vitamini hipovitaminozu dəri problemləri və görmə itiliyinin zəifləməsinə səbəb olur.  B qrup vitaminlər metabolizmi yaxşılaşdırır, sinir və mədə-bağırsaq sistemləri üçün böyük əhəmiyyət daşıyır. Çatışmazlığı yorğunluq, yuxu pozğunluğu, boy inkişafından geri qalma yaradır. D vitamini kalsium-fosfor mübadiləsini tənzimləyir. Sümüklərin inkişafı və dişlərin sağlamlığı üçün vacibdir. Hipovitaminozu zamanı tərləmə, yuxu pozğunluğu baş verir, raxit inkişaf edir. Vitamin B12fol turşusu qanyaranmada iştirak edir. Dəmir hemoglobin sintezi üçün, sink yeni huceyrələrin əmələ gəlməsi üçün vacibdir. Sink həmçinin antioksidant mineral kimi vacib funksiyaları yerinə yetirir. Yod qalxanvari vəzinin normal fəaliyyətini dəstəkləyir. Son tədqiqiatlarda uşaqların intellektual inkişafında vacib rolu klinik təsdiq olunmuşdur.
Vitababy tərkibindəki vitaminlər sayəsində immuniteti möhkəmləndirir, dayaq-hərəkət aparatının inkişafına təkan verir, zehni iş qabiliyyətini artırır, iştahanı yaxşılaşdırır.
Göstərişlər:

  • Hipo- və avitaminozların müalicə və profilaktikası
  • İştahsızlıq
  • Anemiya
  • İmmunitetin zəifləməsi
  • Müxtəlif infeksion xəstəliklərin kompleks müalicəsi
  • İntensiv inkişaf dövrü (südəmər, yeniyetmə)
  • Fiziki və əqli inkişafdan geri qalma
  • Qurd xəstəliklərindən sonra vitaminoterapiya məqsədilə.

Qəbul qaydası:

Yaş Dozalanma Qəbul qaydası
0-2 yaş 2.5 ml 1 dəfə
2- 6 yaş 5 ml 1 dəfə
6-12 yaş 5 ml 1-2 dəfə
Böyüklər 5 ml 2 dəfə

Preparat yeməkdən sonra qəbul olunur
Əks göstəriş: 
Preparatın komponentlərinə qarşı individual həssaslıq
Buraxılış forması:
VITABABY 150 ml sirop
İstehsalçı: 
Gama pharma, Turkiyə.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir